Turac qurar yuvasını budaqda,Qartal qonar qayasına dünyanın.Meşənin buz sərinliyi bulaqda,Boya çatmaz boyasına dünyanın.

Yaz açılır çöllər, düzlər güllənir,Bulud axır, yerlər, göylər tüllənir.Meh toxunur, göy yarpaqlar dillənirUyumuşam laylasına dünyanın.

Çəmənindən neçə çələng hörmüşəm,Bağçasından qızıl alma dərmişəm.Ulduzları gəlib girən görmüşəmGecə yarı röyasına dünyanın.

Bal ətirli nəfəsindən kim doyar?Bülbüllərin nəğməsindən kim doyar?Babadağın zirvəsindən kim doyar?Dalan dalsın dəryasına dünyanın.

Hüseyn Arif, olanları sal yada,Aylar ötüb, illər səni yorsa da.Namərd demə, namərdliyi varsa da,Qatan qatıb mayasını dünyanın.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе