Təbiət vurğunu, təbii sənət dostumSəttar Bəhlulzadəyə ithaf edirəm.Səni düşünəndə nə iclas, nə zəng,Nə də bir kabinet düşür yadıma.Səni düşünəndə yüz boya, yüz rəng,Al-əlvan təbiət düşür yadıma.

Çiçəklər qaynaşır naxışlarında,Şehlə sırğalanan güllər görürəm.Buludla bulanan baxışlarındaŞəfəqlə durulan səhər görürəm.

Hardasa söyüdlər sallanır suya,Hardasa hələ çən, hələ yağışdı.Hardasa meşələr getmiş yuxuyaHardasa payızdı, hardasa qışdı.

Unudur yükünü könül bir anlıq,Düzlərin havası düşür yadıma.Qırxbulaq, Şahnabad, Ləzə, Xınalıq,Qartallar yuvası düşür yadıma.

Fırçanın hökmünə, hikmətinə bax,Otağa göl gəlib, bulaq gəlibdir.Kiçik bir guşəyə neçə böyük dağ,Neçə dərin dərə qonaq gəlibdir.

Səni düşünəndə gəlirəm dilə,Ruhlanıb torpağın tər nəfəsindən.Gözümün düşməni xəbislər belə,Çəkilir gözümün düşərgəsindən.

Of, yenə yarama duz səpələndi,Zorla saxlayıram əlimi, neynim.Daşmı parçalandı, qayamı endi,Dinc qoya bilmirəm dilimi, neynim?!

Hər tülkü özünü sanıb bir pələng,Yekəlik eşqilə coşub-çağladı,Neçə dildən zirək, ağıldan seyrək,Nadandan söz açıb, kitab bağladı.

Birini yuxarı çəkdilər nəsə,Önündə yüz keçid, yüz yaşıl işıq.Biri “məktub” oldu, biri “mədrəsə”,Dərd alıb, qəm satıb, kefə baxmışıq.

Pas atmış dəmiri tutdular zərə,Qızıl qiymətində başa keçdi mis.Bu özündən razı özülsüzlərə,Bir deyən olmadı: – Kimlərdənsiniz?

Qanqalı nərgizə tay etdilər ki,Sənət aləmində yenilikdi bu.Maralı donuza bənzətdilər ki,Sirri açılmamış dərinlikdi bu.

Meydanda nə qədər fırıldaqçı var,Hələ dayanmayıb mübarizəmiz.Təzə qoltuqlarda köhnə falçılar,Nə qədər baş-başa gəlməliyik biz.

Vaxtlımı doğulduq, vaxtsızmı olduq,(Bir də qəm gətirən bu söhbət nədir)Ana təbiətin əkiz oğluyuq,Bizim qüdrətimiz təbiətdədir.

Cansız canlılardan incimə sən də,Çətin yaddan çıxıb unudularsan,Həqiqi sənətdən söhbət düşəndə,Səni düşünürəm,Yaxşı ki, varsan.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе