Gecə-gündüz bulud keçir havalar,Belə getməz, əlbət, gəli bir də yaz.Oxuyar bülbüllər muğam, havalar,Sızıldaşır yaram, aman, bir də yaz.

Bulud olan qalxar havada gəzər,Aşiq olan yarın bağrını əzər,Qəvvas olan girər dərində üzər,Bir dərin var, bir dərgə var, bir dayaz.

Qurbani gül dəstə bağlar oxuna,Sinəm buta yarın müjgan oxuna,Bir namə yaz, hər divanda oxuna,Görən desin, var əllərin, bir də yaz!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви