O tər yanaqların qızaran zamanSüzülə-süzülə gözlərin gülür.Sanki Şah dağının çəmənzarındanÇiçəklər toplanıb, çələng hörülür.

Açanda yaxanı ağ təmiz əllər,Ağ sinə dağların ağ zirvəsimi?!Çiyninə tökülən qızılı tellərPayızın qızılı hədiyyəsimi?!

Dinlədim səsini çay qırağında,Bu səs şırşırların şaqraq səsimi?!Ətirli nəfəsin səhər çağındaŞeh dolu çəmənin gül nəfəsimi?!

Başına çəkəndə mavi örpəyiMavi göylərdimi yellənən bu dəm?Sən göy geyinəndə, bu gözəlliyiBahara dəyişib, yaza vermərəm.

Gözəllik – hərarət, gözəllik – atəşGözəllik – ilhamdır, ruhdur, diləkdir.Gözəl qız səmada parlayan günəş,Torpaqda boylanan təzə çiçəkdir.

Üzün bozaranda hökmün qətidir,Qəzəb dalğaları qalxar dərindən.Zəhmli baxışlar sərtdir, itidir,Ləzgi babaların xəncərlərindən.

Səadət hər ömrə gülməz cahanda,Bilmirəm nahaqsan, bilmirəm haqsan.Yüz qəlbi küsdürüb, yaralasan da,Bir qəlbi dindirib, oxşayacaqsan.

Zamanın köhləni yeyindən yeyin,Başımın üstündən illər ötüşdü.Heyif, ləzgi qızı sənin gəncliyinHüseynin qocalan vaxtına düşdü!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе