Bir az da səbr elə, ey yari-mehriban, gəlirəm,Sənin yolunda fədadır bu cismü can, gəlirəm.

Vəfalı bülbülünəm, həsrəti-cəmalın ilə,Çəmən çiçəkləritək bağrım oldu qan, gəlirəm.

Əgərçi möhnəti-hicrinlə od tutub yanıram,Nə qəm ki, şövqi-vüsal ilə şadiman gəlirəm.

Yüz il gər ayrı düşək, xatirimdəsən, gözəlim,Sədaqətimlə məni eylə imtahan, gəlirəm.

Mənə təsəlli verən bir sənin xəyalındır,Bir özgə dilbərə halım deyil bəyan, gəlirəm.

Əgər behişt ola qürbət, yenə cəhənnəmdir,Vətən məhəbbəti vermir mənə aman, gəlirəm.

Mənim bu halımı, Vahid, nigarə tez yetirin,Unutmasın məni ol yari-həmzəban, gəlirəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви