Mahnı

Üzündə təzədir xalın,Əlində güllü dəsmalın,Can almaq isə xəyalın,Ax, tez elə, tez elə, tez elə,Qaş-göz elə, göz elə, göz elə.Yolunda candan keçərəm, sevgilim,Ay əziz canına and içərəm, sevgilim!

Bülbüləm, boş dolanmaram,Cəh-cəhindən dayanmaram,Bundan sonra inanmaramHər gözələ, gözələ, gözələ,Qaş-göz elə, göz elə, göz elə.Yolunda candan keçərəm, sevgilim,Ay əziz canına and içərəm, sevgilim!

Gül sənintək deyil göyçək,Eşitmişəm yalan-gerçək;Aran rəqiblə dəyəcək.Ax, tez elə, tez elə, tez elə,Qaş-göz elə, göz elə, göz elə.Yolunda candan keçərəm, sevgilim,Ay əziz canına and içərəm, sevgilim!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов