Elə buna görəmi?..
Sən zirvəyə baxardın, zirvədəki qalayaQartallar qonub hərdən başlardı hay-haraya.Mən çaya göz qoyardım, dərəyə enən çaya –Bəlkə ona görə də sən zirvə, mən çay oldum.
Sən günəşi süzərdin dan yeri söküləndə,Günəş yerdə gülərdi baxışların güləndə.Mən ayı seyr edərdim çən, çiskin çəkiləndəBəlkə ona görə də sən Günəş, mən Ay oldum.
Sən Əslini sevərdin, mənsə Yanıq Kərəmi.Sən Tellini anardın, mən yaralı Dilqəmi.Ey ilk, son məhəbbətim, elə buna görəmiNə sən mənə qovuşdun, nə mən sənə tay oldum.
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseyn-arif-ele-buna-goremi
Клавиши ← → для перехода, R — случайное стихотворение