Könül deyir yaşa hələ
Səfərdəyəm, səfərimiVurmamışam başa hələ.Arzularım, əməllərimToxunmayıb daşa hələ.
Dolanıb kəndi, şəhəri,Dağlarda açdım səhəri.Fikrim gəzir üfüqləriDönüb qızıl quşa hələ.
İlləri yola salmışam,Şeir yazıb, saz çalmışamÖmür deyir: – Qocalmışam,Könül deyir: – Yaşa hələ.
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseyn-arif-konul-deyir-yasa-hele
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Hanı
Gecə gündüz dad-fəryad eylərəmMəni bu hicrana salan yar hanı
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
BuEy mənim canım alan, səndə nə adətdir bu?Göstərir şərhi-qaşın hər dəm, əlamətdir bu,
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.