Qartal kimi
Vaxt olur, ətrafı bürüyüb səsimMin sazlı-söhbətli bir mahal kimi.Vaxt olur, çəkilir eşqim-həvəsim,Dinib-danışmıram nitqi lal kimi.
Ürək dilə gəlir eli gəzəndə,Yarın barmaqları teli gəzəndə,Sim üstdə aşığın əli gəzəndəUçuram göylərdə bir xəyal kimi.
Hüseyn, eşq ilə alış, sönmə sən,Ucal ömrün boyu, ucal, enmə sən.Qarğatək üç yüz il eşələnmə sən,Köçsən də dünyadan, köç, qartal kimi!
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseyn-arif-qartal-kimi
Клавиши ← → для перехода, R — случайное стихотворение