Görüşdün yaralı qardaşınla sən,Aramaq eşqilə dərman könlümə.Bir damla alovlu göz yaşınla sən,Bir çeşmə bağladın yanan könlümə.

Aprelin beşidir...Günəş, hərarət,Qışla toqquşuram bahar görəndə,Qanmaza nə fərqi görüş, ya həsrət.Sevirəm qananı ağlar görəndə.

Yerdəyəm?Göydəyəm?Seçə bilmirəm,Bilmirəm kimlərin sırasındayam.Bilirəm sinəmdə yer, göy qədər qəm,Bilmirəm dünyanın harasındayam.

Yoxluğa tapşırıb varlığımızı,Yanıb qaralırıq heyrətimizdə.Görünür belədir yazılan yazı,Görünür belədir qismətimiz də.

Görünür beləymiş...Görünür belə,Dünəndə insaf yox, bu gün də aman.Görünür beləymiş...Görünür hələ,Əzəlki hökmündə dayanıb zaman.

Bir də nə söylədək gizli aləmi,Yağış da, yağmur da, od da yaşayır.Ömür var, torpağın üstdə gül kimi,Ömür var, torpağın altda yaşayır.

Küçədə aprelin ilıq günəşi,Tələsiyən də var, tələsməyən də.Baharın əvvəli, aprelin beşi,Ayaq saxladınız,dayandım mən də:

Ayaq saxladınız, saxladı ürək,Dayandım ürəyim dayanan yerdə.İstəkli ana tək, doğma bacı tək,Halıma yandınız, alışdım bir də.

Alışdım, yaxşı ki, alışır insan,Alışmaq sərinlik gətirir bizə.Elə ki, insanla danışır insan,Qışdan yaza çıxır, dərədən düzə.

Ağıllı bir söz də böyük təsəlli,Doğmasan bu doğma təbiətinlə.İnsan yarandığın insana bəlli,Düz andın, düz əhdin, düz söhbətində.

Torpağa, havaya, suya vuruldun,Dərin inamınla, etiqadınla.Qadın da, ana da, şair də oldun,Əslinə yaraşan təmiz adınla.

Doğulduğun diyar dünyanın gözü,Düşünür Əslini, anır Kərəmi.Duru duyğuların Göy gölün özü,Vüqarın Kəpəzin vüqarı kimi.

Dağıtsın buludu, qovsun çiskini,Aran küləkləri, dağ küləkləri.Hüsnüylə bəzəsin söz çələngini,“Payız çiçəkləri, yaz çiçəkləri”.

Ülvi bir sənətə könlünü verdin,Gecəli-gündüzlü fikrə gedərək.Vaxtında qılınc da itiləyərdin,Koroğlu ünvanlı Nigarımız tək.

Nə sirli, sehrli həqiqətdir bu,Dağları, daşları dindirər, bacım.Bir ümman söndürə bilməyən odu,Bir damla göz yaşı söndürə, bacım.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе