Söyüddən bir paya düzəltdi bağban,Çəpərin ömrünü uzatmaq üçün.Bir ucu güc aldı gündən, havadan,Bir ucu torpağa işlədi hər gün.

Öpdü bahar fəsli su ayağını,Ətrini səhərin ətrinə qatdı.Tikanlar didsə də göy yarpağını,Qalxıb hər tərəfə qol-qanad atdı.

Nəhayət, içindən pozdu çəpəri,Onun qollarını bağlamaq olmaz.Ağactək böyümək istəyənləri,Payatək çəpərdə saxlamaq olmaz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе