Vətən yazıq
Solubdur «Xarı bülbül»lər, olubdur bu çəmən yazıq,Uçubdur sarı bülbüllər, qalıb sərvi-səmən yazıq.
«Olum yaxud ölüm»dən özgə söz bilmir bu ac millət,Qalır – dözmür bədən yazıq, ölür – tapmır kəfən yazıq.
Zamanlar içrə hər Allahsızın şahlıq zamanında,Bu dünyaya gələn yazıq, bu dünyadan gedən yazıq.
Gedən getdi, itən itdi, ötən ötdü, bitən bitdi,Yenə meydanda qaldı baş kəsən cəlladla mən yazıq.
Xudanın yazdığın pozmaq dilər, can güddürən zalim,Günah yüklü vücudu güddürən yazıq, güdən yazıq.
Məni – biçarəyə ey dost, dedin ye «Xan kababı»ndan,Axı, həzm eyləmir bəy – xan kababın bu gödən yazıq.
İlahi, sordular bir gün yazıqlar yazığın məndən,Dedim, sənsiz olanlardan yazıqlar içrə ən yazıq.
Mənim yazıqlığım getdi, sənin yazıqlığın gəldi,Mən əvvəldə yazıq oldum fəqət axırda sən yazıq.
Vətən can verdi Pünhan, dəfninə Sahib-Zaman gəlsin,Azan çəksin bu torpaqda, oyansın bu Vətən yazıq.
2 avqust 1999. Bakı
Kitabxana.az · https://kitabxana.az/ru/works/punhan-veten-yaziq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Urra! Mənə urra! Sənə urra! Ona urra!Urra! Bizim əvvəlimizə urra, sona urra!
Qətl ilə zindan arasındaAvropa qoyub türkü iki can arasında,Hakim də qalıbdır iki fərman arasında.
Yaralı qalıbQurmuşuq dövləti, amma qanımız qaralı qalıb,Hələlik ölkə demokratiyadan aralı qalıb.
SübhKaş ey pərvərdigarım, olmayaydı var sübh,Körpələr ac, pul da yox, eylər tifillər zar sübh
Стихи других поэтов · О божественной любви
Adəmdən xatəmə, natiqi Quran mənim,Din mənim, məssəb mənim, yol mənim, ərkan mənim,
Şah-ı Mərdan didi şîr-i nər bənəmŞah-ı Mərdan didi şîr-i nər bənəmKim günəşdən dünyada əẓhər bənəm
QəribAğlamaqdan gülməz imiş şad olub bir dəm qəribFikri-zikri olubanu dərd ilə ney dəm qərib
Ömür oldu tamamÖmür oldu tamam, gün oldu tamamGötürün çevirin qibləyə məni