Avropa qoyub türkü iki can arasında,Hakim də qalıbdır iki fərman arasında.

Yardan doya bilmir, nə də əldən qoya bilmir ,Bir can da bölünmür iki canan arasında.

Avropa bu türk xalqına bir sirli oteldir,Çox nömrəsi var sərfəli mehman arasında.

Əvvarə qoyub Əzrayılı Öcalan alçaq,Biçarə qalıb qətl ilə zindan arasında.

«Sur»un səsi dünyanı tutub kimsə eşitmir,Şeytan oturub haqq ilə insan arasında.

Türk əsri gəlir! Əsri-Günəş, əsri-ədalət,Kafir batacaqdır iki ümman arasında.

Yer sirrini Peyğəmbər açar Adəmə bir gün,Göy sirrini saxlar təzə Quran arasında.

Şirvanşahı təslim elədi axırı «göy»lər,Lov düşdü bu «göy»lər ilə «şirvan» arasında.

Meydan sulayıb, sonra bu meydana girənlər,Mülk saldı Motodromla bu meydan arasında.

Dağlar dağılan vaxtı çıxar dağlara Pünhan,Dağ sirri qalar dağ ilə Pünhan arasında.

10 mart 1999. Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине