Bir yaşıl çəməndə açdım səhəri,Çiçəklər qızardı yanaqlarımda.Dinlədim çayları, şəlalələri,Sevinib dincəldi qulaqlarım da.

Dərələr, təpələr üzümə güldü,Bilmədim haradan, haraya gəldim.Elə bil çiynimdən yük götürüldü,Elə bil yenidən dünyaya gəldim.Ürkdü dağ keçisi şimşək çaxanda,Torpaq naxış-naxış, göy naxış-naxış.Ürək yorulanda, can darıxandaDədə-baba dağlar yaxşı ki, varmış.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе