Xatırla məni
Sevirəm çəməndə gülü, çiçəyi,Gələndə ilk bahar xatırla məni!Öpsün alınları dağlar küləyi,Güləndə ruzigar xatırla məni!
Torpağı bəzəsin bənövşə, nərgiz,Ruhuma doğmadır hər cığır, hər iz,Geniş sinəsini açsın göy dəniz,Dinəndə dalğalar xatırla məni!
Fəsillər dolanıb, ötdükcə zaman,Vaxt olur həyatda dəyişir insan.Mən səni unudan deyiləm inan,Sən də, ey gözəl yar, xatırla məni!
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseyn-arif-xatirla-meni
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Ey rəhmli canan, elemə ülfəte adət,Nazınla vüqarın verər ətvarına zinət,
SevdiyimEy ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,
OlurEşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
Eyləmə çox qəmzə, naz, bəsdir, aman, ey gözəlEyləmə çox qəmzə, naz, bəsdir, aman, ey gözəl,Alma əlimdən mənim tabü təvan, ey gözəl,