Könlümü görməyən ellərmi vardır,Gözümdə çeşmələr çağlayan kimi.Bağlarmı tapılar, tellərmi vardır,Hüseyni Arifə bağlayan kimi.Rəfiq Zəka

Misralar alovlu, duyğular ulu,Nə yaman yanmısan yanan könlümə.Bir xalqa dağ çəkdi bir şair oğlu,Aman harayladım, aman könlümə.

Çiskinli dərəyəm, dumanlı düzəm,Ömrümün çırağı keçəndən bəri.Vətəndə vətənsiz, evdə evsizəm,Arifim dünyadan köçəndən bəri.

Qəza bir qapını bağlamayıbdır,Bizim qapımızı bağlayan kimi.FüzuliMəcnuna ağlamayıbdır,HüseynArifə ağlayan kimi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости