Mən nə görəm
Ərzurumun gədiyinəQar ələndi birəm-birəm.Yer inlədi, göy ağladıKəsiləndə bəndim, bərəm.
Tufan qopdu neçə kərə,Qərarını verə-verə.Yas saxladı BabəklərəÇiskin dolu dağım, dərəm.
Dərd Abbasa nələr etdi,“Can” söyləyib, “çor” eşitdiXəstə Qasım xəstə getdi,Aman ağrı, aman vərəm.
Söndü gözlərin işığı,Pozuldu yar-yaraşığı.Nalə çəkdi el aşığıHaray Əsli, haray Kərəm.
Hüseyn Arif, yox tutarım,Kökdən düşüb sazım, tarım.Nə gördü ki, babalarımBu dünyada mən nə görəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseyn-arif-men-ne-gorem
Клавиши ← → для перехода, R — случайное стихотворение