Koroğludan söz düşəndədeyirlər ki,Misri qılınc – onun gücü,Misri qılınc sağ əlindəalov olub,şimşək olub.Eyvaz gözünün işığı,DəmirçioğluDəli HəsənDardaköməyi, arxası,Bəlli Əhməd,İsabalı,HalaypozanDayaq olub, dirək olub.Deyirlər ki,Koroğlunubərkdən, boşdan,

Hər döyüşdən, hər savaşdanXilas edənQırat olub.Hücum vaxtı yelə dönüb,uçmaq vaxtı qanad olub!Deyirlər ki,Koroğlununhünərinin sirri bir dəÇənlibeldə,dağlardadır.Dağlar onun havadarı,qərargahı,Dağlar ona hasar olub,divar olub.Qaya – səngər,Çəmən – xalı,qarlı zirvə – vüqar olubDeyirlər ki...Deyirəm ki,Çətin gündə, ağır andaKoroğlunu Koroğlutəktanıdan da,ucaldan daVətən eşqi, torpaq eşqi,bir də, bir dəAla gözlü,şirin sözlü,düz ilqarlı Nigar olub

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов