Qazaxda gözümü açdım dünyaya,Dünyaya açılan gözüm Qazaxdı.Qazaxda göz qoydum ulduza, aya,O aylı, ulduzlu sözüm Qazaxdı.

Yer təmiz, göy təmiz, təbiət təmiz,Palıdlar, vələslər qol-qanadımdır.Yenigün kəndində açılan ilk izHəyata atılan ilk addımımdır.

Məclislər böyüdü, sazlı, aşıqlı,Zurnaçı Nikolun səsilə doldu.Kəsəmən, Salahlı, Çaylı, İşıqlıEşidib gördüyüm ilk kəndlər oldu.

Kişilər ad qoyub çatdı murada,Deyənlər onlardan dastan deyərdi.Abdalı, Həmidi gətirib yada,Alsöyün deyərdi, Hajan, deyərdi.

Qədim Qarayazı, qədim haqqı-say,Qara kötüklər də mənə əzizdir.Dəli Kür beynimdə ən qüvvətli çay,O boz köpüklər də mənə əzizdir.

Bir deyil, beş deyim arzum, diləyim,Kağız xəbər tutsun, qələm eşitsinGöyəzənmi deyim, Aveymi deyimDamcılımı deyim, aləm eşitsin?

Səsini, sözünü ellərə yaydı,Çaxdı şimşək kimi, qızdı od kimi.Bu qədər sinəsi çağlamasaydı,Bu qədər sənətkar yetirərdimi?!

Bir əli yaratdı, biri döyüşdü,Çaldı cəngisini qoç Koroğlunun.Kərəm Kərəm kimi dillərə düşdü,Vaqifi Vaqifdir, Vurğunu Vurğun.

Nəsillər daş üstə təzə daş qoyur,Hər söhbət bir dövrü gətirir yada.Babam Balasöyün burda uyuyur,Bura köçüb gəldi Arif balam da.

Məramı, məqsədi başqadır ömrün,Bizə həyat da haqq, ölüm də haqdır.Arifin ayağı altında bir günHüseyn Arif də uyuyacaqdır.

Duyub qoxlamasam torpaq ətrini,İşıqlı gündüzü gecə bilərdim,Belə bilməsəydim onun qədriniDünyanın qədrini necə bilərdim?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов