Vaxtaşırı gəlib görmək istəsənHeç deməssən nə uzaqdı Borçalı,Xramçaydan bəri baxsan görərsənBaşdan-başa çilçıraqdı Borçalı.

Muğanlıdan, Qaçağandan nə deyim,Kişi qızdan, ər oğlandan nə deyim.Saraclıdan, Ağacandan nə deyimSazlı, sözlü bir ocaqdı Borçalı.

Başkeçidin ətəyi gül, başı qar,Çiçəklərdən dəstə tutur ilk bahar.Yaranışdan zirvə geniş, dərə dar,Həm arandı, həm yaylaqdı Borçalı.

Dost yolunda əsirgəməz nə desən,Harayına çatasıdı səsləsən,Şirininə acı qatmaq istəsən,Coşan seldi, yanan dağdı Borçalı.

Zəhmətilə daş-torpağa bağlıdı,Bol məhsullu bağça-bağa bağlıdı.Qazax ona, o, Qazağa bağlıdı,Nə məğrurdu, nə xoşbəxtdi Borçalı.

Hüseyn Arif qonağındı bu gün də,At çapmışam neçə toyda, düyündə.Qədirbilən nəsillərin önündə,Alnıaçıq, üzüağdı Borçalı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе