Torpağın bulanıq min-min suyundan,Bir duru bulağı daha yaxşıdır.Yüz söyüd gövdəsi xatırlayınca,Bir palıd budağı daha yaxşıdır.

Yoxlayıb həyatı duydum dərindən,Götürdüm yükümü xeyir-şərindən.İnsanın bicindən, hiyləgərindən,Heyvanın axmağı daha yaxşıdır.

Uzaq ol meydanda dil savaşından,Oğrunca atılan cahil daşından.Donuz kəlləsindən, dana başından,Ceyranın ayağı daha yaxşıdır.

Namərd məclisində sözünü gözlə,Dursan kül yanında gözünü gözlə.Tülkü quyruğundan özünü gözlə,Qartalın caynağı daha yaxşıdır.

Hüseyn, qəm yeyib kədərlənmə sən,Artıb çoxalsa da saçlarında dən,Çaqqalın kef çəkib gəncləşməsindən,Şirin qocalmağı daha yaxşıdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов