Gizli pıçıltılar gəzdi arada,Qızılın qiyməti artacaq bu il,O dedi,bu dedi.Dedim: – İnanma.Arvad söhbətidir, həqiqət deyil.

– Ətin də, südün də artır qiyməti,Sonralar talonla tapılacaqdır.– Arvad söhbətidir, arvad söhbəti,Bu da uydurmadır, bu da nahaqdır.

Gəzdi pıçıltılar eldə, obada,Filanın yerinə filankəs gəlir.– Arvad söhbətidir, dedim, inanma,Onu kim danışır, onu kim bilir?

Gəzdi pıçıltılar eldə, obada,Qonşular göz dikib torpağımıza.Bu dedi, o dedi, dedim, inanma,Arvad söhbətidir, salma ağıza.

Necə deyilmişdi elə də oldu,Haqqı malalayıb, olanı danma.İndi hünərin var, ay atam oğlu,Arvadların kitabına inanma.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов