Min şükür
Tüstü məni elə boğdu şəhərdə,Dağın, daşın dumanına min şükür.Külək qopdu, toz torpağa qarışdı,Çölün, düzün tufanına min şükür.
Ağrı canı yandıranda, yaxanda,Başım üstdə dəli şimşək çaxanda.Dərman içdim, bu dərmana baxanda,Nənələrin dərmanına min şükür.
Nədən belə dəyişibdi təbiət,Nə meyvədə o şirinlik, o ləzzət,Bir məclisdə şərbət gəldi, nə şərbət,Tərəkəmə ayranına min şükür.
Ürəyimdə nə bir nisgil, nə bir ah,Sahil boyu gəzişirdim bir səhər.Adam çıxdı qabağıma, ay Allah,Qabandağın qabanına min şükür.
Hüseyn Arif, nə deyəsən bu anda,– Yandım! – deyir yanmayan da, yanan da.Alim gördüm, bu alimin yanında,Ceyrançölün çobanına min şükür.
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseyn-arif-min-sukur
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О мудрости
İnsana mərhəmət ola kəramət,Baxtıla fərasət, kamal yaxşıdı.
Hicran ağla dedi, vüsal gül dediDənizsahilində dayanmışam tək,Ani tənhalıqdan sıxıldı ürək.
Ey könül, sənə həmdəm, bir qaməti ərər gərəkEy könül, sənə həmdəm, bir qaməti ərər gərək,Qaş qara, kiprik qara, ruxsarı da əhmər gərək.
AğlarGəldi ağlamalı günü dünyanınQaldı yaşanası zamanı ağlar.