Gördü ala qarğa bir axşamçağı,Qartal yaralanıb ağır gündədir.Qopub qayalardan iti caynağı,Sərilib torpağa can üstündədir.

– Aha, yaman yerdə düşdü yadıma,Başını bədəndən üzərəm! – dedi.Onun qanadını öz qanadıma,Calayıb göylərdə süzərəm, – dedi.

Ucalmaq qarğaya qismət olmadı,Yox, belə şeylərdən kar aşarmı heç?Qarğa ürəkliyə qartal qanadı,Ay ellər, siz deyin, yaraşarmı heç?!.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине