Əbədi borc
Qalxdım birnəfəsə İsmayıllıdan,Dekabr sazağı yanaqlarımda.Çılğın dağ çayımı haray qoparan,Qartallarmı dinən qulaqlarımda?..
Moruq, böyürtkən kolları biz-biz,Cökələr, vələslər, qarağaclar...Qaya var, üstünə yeriyən ayı,Qaya var, ağzını açmış canavar.
Toxunub gözümün tökür yaşını,Zoğal budağının ucları hərdən.Sərt, qalın otlardan yapışıram ki,Ayağım sürüşüb qaçmasın birdən.
Cavanşir qalası adlanan qala,Dolanıb zirvəyə daş kəmər kimi.Uzanır kərpici qopmuş hasarlar,Kəlməsi pozulmuş sətirlər kimi.
Daşlar koğuşunda palıd toxumu,Tikan da boylanır, kol-kos da qalxır.Köklər qıvrıldıqca gürzələr kimi,Bir divar ikiyə bölünüb axır.
Başıma dolanır göylər, elə bil,Bir anın içində təngiyir nəfəs.Bir səs qulağıma gəlir uzaqdan,Babam Cavanşirin səsidir bu səs.
“Oğul, o qalaya bir də nəzər sal,Nə keçid, nə cığır, nə bir iz qalıb.Dağılıb qapısı, batıb bacası,Dumanlar qoynunda kimsəsiz qalıb.
Qala da qocalar vaxtından əvvəl,Axtaran olmasa, anan olmasa.Qaya da incələr, daş da üzülər,İstəyən olmasa, yanan olmasa.
Yaşayın, ay oğul, firavan, azad,Gəzin ölkələri, elləri bir-bir.Ancaq unutmayın qalaları da,Qalalar, səngərlər tariximizdir.
Dağlarda uyuyan sərkərdələrdir,Bu kərpic hörgülər, daş yadigarlar.Qoruyan Vətəni qoruyanları,İndidən qoruyun...sabah gec olar”.
Dinlədim.Nə qədər güclüdür bu səs.Tərpənə bilmədim durduğum yerdən,Fikirlər içində əydim başımı,Bu qala babamın qarşısında mən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseyn-arif-ebedi-borc
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ey qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
DərdimiAllahı sevərsən a Loğman həkimVarım deyim dağa daşa dərdimi