Dedim: – Telin nə gözəldir!– Yox-yox, ona dəymə! – dedi.Dedim: – Nə vaxt gəlim sizə?– Qapımızı döymə! – dedi.

Dedim: – Nədir bu işvə-naz?Dedi: – Yeri, şerini yaz!Dedim: – Ay qız, belə olmaz.– Get oğlan, baş əymə! – dedi.

Dedim: – Qövr eləyir yaram.Dedi: – Sənlə yoxdur aram.Dedim: – Axı, sənətkaram,– Çox özünü öymə! – dedi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов