Gərək
Həyatı dərindən duymaqdan ötrü,Min oddan, alovdan keçəsən gərək.Enişli, yoxuşlu bu yollarda sənYaxşını, yamanı seçəsən gərək.
Sevinc də, kədər də səbəbsiz deyil,Məzəsiz məclis də bir məclis deyil,Gənclik illərində şərab pis deyil,Çayı qocalanda içəsən gərək.
Hüseyn, səni də dəyişər zaman,Yalvarma loğmana üzüləndə can.Doyub, doymasa da gözün dünyadan,Vaxt tamam olanda köçəsən gərək.
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseyn-arif-gerek-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Örtüldüm qapı kimi
Bu dünyanın üzünəörtüldüm qapı kimi.
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
Bəlkə bu yanmış çöl bağdıBəlkə bu yanmış çöl bağdı,Bəlkə qara rənglər ağdı,
Hüsnün ki, canibi-xəti ənbərfəşan tutarHüsnün ki, canibi-xəti ənbərfəşan tutar,Axır cəhanı fitneyi-axırzəman tutar.