Bu dünyanın üzünəörtüldüm qapı kimi.Gecəsinə, gündüzünə,Nəğməsinə, sözünə,Qızların ala gözünəörtüldüm qapı kimi.

Anam, daha məndən nigaran olma,Əlim cibimdədi, ağlım başımda.Dörd yandan dərd gəlsə, ölərəm, ammaKimsə xəbər tutmaz gözüm yaşından.Kiridim, anam, kiridim,Kiridim, tamam kiridim,Bu qıfılım, bu kilidim,örtüldüm qapı kimi.

Yoldan ötən, bu qapıda ləngimə,qurdalanıb eşələnmə cibində.Bu qapıya düşən açar tapılmaz,balıq qarnındadı, dərya dibində.Dəryalara baş vurası halım yox,Balıqlara yem olası halım yox,Bir qapıyam, damım yox, divarım yox,yoldan ötən, bu qapıda ləngimə!..

...Qapılar vardı ki,yerə diz qoyub,Qıfılına, kilidinə üz qoyubÖpmək istəyirdim, öpə bilmədim.Qapılar vardı ki,qıcıb dişimi,Yumruğumu, təpiyimi, başımıÇırpmaq istəyirdim, çırpa bilmədim.Kiridim, anam, kiridim,Kiridim, tamam kiridim,Bu qıfılın, bu kilidim,örtüldüm qapı kimi...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов