Özünə qayıdır hər şey, özünə
Özünə qayıdır hər şey, özünə,gözümə qayıdır göz yaşlarım da...
Qısır nəfəsini quşlar, böcəklər,Günəşistisini çəkir içinə,Küləklər hirsini çəkir içinə,Ətrini içinə çəkir çiçəklər.
Özünə qayıdır hər şey, özünə,Qoy, ana, başımı qoyum dizinə,mən də qayıtmışam...Hardan qayıtmışam,hardaydım, ana?Mən niyə getmişdim, niyə qayıtdım?Bəlkə də yatmışdın, səni oyatdım,Bəlkə oyatmağa dəyməzdi, ana?!– Yatmağa dəyməzdi bəlkə, ay oğul...– Bəlkə qayıtmağa dəyməzdi, ana?!– Getməyə dəyməzdi bəlkə, ay oğul...
…Bütün bu yolların sonunda nə var, -bilirdinsə, ana,Bütün bu yollardolanıb-dolanıb axırda yenəSənin yanınagəlirdisə, ana,Sən məni yanından niyə buraxdın?!.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ramiz-rovsen-ozune-qayidir-her-sey-ozune
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Bica yerə etmir qaşına səcdə hər əhbab,Çünki sayılar qiblə hər an guşeyi-mehrab.
Öldürürlər yaxşılarıBir güldana qoymuşdularQızılgülü,
Sən qanmasanSən qanmasan, eybi yoxdur, utanma,Çünki mən qanıram, mən utanıram.
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi