Anara

Öz itini hamı öyər,Lap qudurmuş olsa da.Ayranına kim turş deyər?Ayranı turş olsa da.

Sözlər var ki, dilə gəlməz,Dil bir qarış olsa da.Əldən çıxan ələ gəlməz,Barmağın beş olsa da.

Xarabadı bu ev-eşik,Daş üstə daş olsa da.Niyə düşmən kəsilmişik?Hamı qardaş olsa da.

Nə oyağam, nə yuxulu,Gözlərim yaş olsa da....O quş nə qəşəng oxuyur,Adı Bayquş olsa da...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов