Dünyanın dəlisov oyaqlarıylaUlduzlar danışmaz qorxularından.Gecəyalın-yalın ayaqlarıylaKeçərinsanların yuxularından.

Yuxular sərilər narın qum kimi,İsidər gecənin ayaqlarını.Bir böyük qaranlıqxırda tum kimiÇırtlayar şəhərin işıqlarını.

Təkərlər yorularyuxulu göztək,Kirpik ağacların uzaqlığında.Gedər son avtobusnəğmə deyərək,Əriyər gecənin yumşaqlığında.

Uzanar əlləridar dalanların,Hörülər evlərin yuxu torluğu.

Uyuyar karlığı telefonların,Yatar güzgüləringecə korluğu.

Şəhər havasında yağış qoxusu,Damla milçəkbulud-miçəkdanında.Yatar oğlanlarınpişik yuxusuQızların evinin pilləkanında.

...Bir tənha nəğməni yola salıncaUlduzlar çatılar üfüq qaşında.Gedər son avtobus...Onun dalıncaAllah da boylanarAy balışından...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов