İndi barmaqlarım səs kimi titrək,Uzun səkilərin uzun yuxusu.Sonuncu qatarıyola salantəkYola salacağamson papirosu.

Quru gözlərimə birdən yaş dolar,Birdən kövrələrəm, tənhalaşaram.Bu ögey şəhərdə bütün daşlara,Bütün ağaclara doğmalaşaram.

Hanı məni sevən?Hanı mən sevən?Ürəyim yeriklər addım səsinə.Bir vaxt qapısını çırpdığım evinHəsrətlə baxaram pəncərəsinə.

Tutar boğazımı qəhər bu gecə,Çağırsam -bir kimsə hay verməz mənə.Sevgiylə doludu şəhər bu gecə,

Niyə o sevgidənpay verməz mənə?

Gecə baxtı gülər utancağın da,Görməzlər yuxuda sevişənləri.Yerə düşərsəhər duracağındaYuxu qatarların sərnişinləri.

Açılar səhərihər şəhər kimi -Ən qatı papiros çəkənlərin də.Yenə ilk papirosilk əsgər kimiÖlər barmaqların səngərlərində...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви