Sonuncu nəğmənin nəğməsi
Sözlər pişik kimi yumşaq, mehriban,qısılıb qaldılar biri-birinə.O qopdu dünyanın qarmaqlarından,üzdü son axşamınson şəhərinə.
Bir şəhr ömrünün son gecəsindəən adi misralar ilahiləşdi.Bir balıqqulağı içərisindəbir nəğmə damlası mirvariləşdi.
Ulduzlar varağa səpildi dən-dən,səpildi bir qızın göz yaşlarıtək.Yuxular yıxıldı kirpiklərindən,dağıldı üzünəqız saçlarıtək.
O saldı qələmi titrək əlindən,tabuttək örtüldü göz qapaqları.Töküldü gecənin ətəklərindənnəğmə oyaqları, söz oyaqları.
Qopdu son misrası son nəfəsindən,uçdu uzaqlara -uçdu quş kimi.Bir uzaq dənizin gen sinəsindəbir qayıq göründü boş ovuc kimi.
Son nəğmə... Son qayıq... Üzəcək elə,açacaq sirrini küləyə ancaq.Səni aparacaq uzaq sahilə,sənsiz qayıdacaq geriyə ancaq...
Kitabxana.az · https://kitabxana.az/ru/works/ramiz-rovsen-sonuncu-negmenin-negmesi
Клавиши ← → для перехода, R — случайное стихотворение