Gəmi
– Hara gedirsən, ay gəmi?– Uzaqlara, uzaqlara.– Məktub yazsam, verərsənmiBalıqlara, balıqlara?– Yosunları dərərsənmi,Yosun köynək hörərsənmiUşaqlara, uşaqlara?..
– Hara gedirsən, ay gəmi?– Yaxınlara, yaxınlara.– Məktub yazsam, verərsənmiQohumlara, qohumlara?– Yosunları dərərsənmi,Yosun köynək hörərsənmiXanımlara, xanımlara?
Kitabxana.az · https://kitabxana.az/ru/works/ramiz-rovsen-gemi
Клавиши ← → для перехода, R — случайное стихотворение