Aşıq qocalanda nə pis olarmış,Sazı dəmdən düşüb əl gödələndə.Köhləni yorulan yolda qalarmış,Dizlər tutulanda, qol gödələndə.

Ağıllı dəlidən ümid gözləməz,Qanan qanmayana dərdini deməz,Ayaq getməz, əl gətirməz, diş yeməz,Dodaq gülə bilməz dil gödələndə.

Miskinli Vəliyəm yaxşı qananın,Qulam qulluğunda canı yananın,Üzünə kəm baxma ata-ananın,Kövrək olur ömrü bil gödələndə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов