Son nəfəs
Əmimin xatirəsinə
Bu kimin son nəfəsiydi,dəydi, toxundu üzümə?Kim məni qonaq elədigörəsən son nəfəsinə?!
Aldım o son nəfəsi mən,Oldum onun yiyəsi mən,O son nəfəs ciyərimdənkeçdi isinə-isinə.
Çox şeyləri verdim bada,Bir də çətin əlim çata,Amma çatdım bu dünyadason nəfəsin son sözünə.
O son söz bəs nə deyirdi?O son nəfəs nə deyirdi?– Sevin özünə, - deyirdi, -özünə sevin, özünə!...
Kitabxana.az · https://kitabxana.az/ru/works/ramiz-rovsen-son-nefes
Клавиши ← → для перехода, R — случайное стихотворение