Bu adam ölür deyəsən,Əlimdə əli soyuyur.Yavaş-yavaş sönür gözü,Alnının təri soyuyur.

Səslər batır qulağında,Dadlar itir damağında,Cadar-cadar dodağındaMin öpüş yeri soyuyur.

Quruyur gözümüzdə yaş,Ya bu adam, ya qara daş,Və beləcə yavaş-yavaşÖlüdən diri soyuyur.

Ə.Məmmədova

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов