Qəbrim üstə istəmirəm
Qəbrim üstə istəmirəmBir dost-tanış ağlasın.Bir az külək uğuldasın,Bir az yağış ağlasın.
Qəbrimi bulud sulasın,Bəlkə bitdim təzədən.Bir tək-tənha qurd ulasın,Bir şikəst quş ağlasın.
Qəbrimi lap dərin qazın,Bir səs-səmir gəlməsin.Kim ağlasa, xısın-xısın,Yavaş-yavaş ağlasın.
Ölüm Allah əmridisə,Qəbrə gir, sakit uzan!..Hərdən Ölüm əmri yazanAllah da kaş ağlasın...
Kitabxana.az · https://kitabxana.az/ru/works/ramiz-rovsen-qebrim-uste-istemirem
Клавиши ← → для перехода, R — случайное стихотворение