Qoşulaq
Dərd-qəmin üstən atdanaq,Bir az sevinək, şadlanaq,İçimizdən qanadlanaq,Uçan quşlara qoşulaq.
Görməyib biz görənləri,Dərməyib biz dərənləri,Yada salaq ölənləri,Bu yağışlara qoşulaq.
Tüpürək əyri işlərə,Qəpiklərə-quruşlara,Dünyada nə söyüşlərə,Nə qarğışlara qoşulaq.
Dediyimiz düz olmasa,Bu dünyaya bəs olmasa,Deməyə bir söz olmasa,Susaq, daşlara qoşulaq...
Kitabxana.az · https://kitabxana.az/ru/works/ramiz-rovsen-qosulaq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İnsan insandı, qardaş, heyvan heyvandı;arvad nə, kişi nə,
Göy üzü daş saxlamazDurub göy üzünə daş atan oğlan,göy üzü daş saxlamaz.
İlan balasıBöyüyür bu körpə ilan balası,gah o başa, gah bu başa sürünür.
Çiçəklər doğulur bu yaz gecəsiÇiçəklər doğulur bu yaz gecəsi,bu yaz gecəsində sevməyə nə var?!
Стихи других поэтов
Öpərkən alnından füsunlu bir yaz,Axıyor döşündən sellər, a dağlar!
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
AşıqEl içində səyi, rəyi,Düz ola mərdana aşıq.
İlk sevgi andı – ilk qanad andıHər gün neçə-neçə lələyi qanada çevirib dünyaya uçurdan Fikriyyə – Aşkiyyə xanıma*– Səs salma, ay qağayı!