İnsan insandı, qardaş, heyvan heyvandı;arvad nə, kişi nə,it nə, pişik nə?İnsan insandı, qardaş, heyvan heyvandı:seviləni də, söyüləni də,sağılanı da, yeyiləni də....bir də, balıqlar var,bir də ki, quşlar...

Mən insan olmasaydım,yəqin ki, quş olardım.Lap it də olsaydımelə bilərdim quşam,qanadım hələ çıxmayıb.Bir də ki,kim bilir, atam balası,Bəlkə. doğrudan da, it elə quşdu,qanadları içində.Bəlkə. doğrudan da, it elə quşdu,ancaq itin beyni quş beyni deyil,torpaqdan ayrılıb»uçmağı gəlmir,göy üzündə qanad açmağı gəlmir...

...Bu dünya özü də bir ətcə quşdu,körpəcə, yumruca quşdu bu dünya.Arvadlı-kişili, itli-pişikli

bir gün görəcəksən uçdu bu dünya,Uçub getdi,ötüb keçdi quşları.Çığrışa-çığrışa uçacaq quşlardünyamızın dalınca,Qanadları yorulunca,qırılınca uçacaq.Ölüncəuçacaq quşlardünyamızın dalınca.

Ölü-ölü quşlar töküləcəkgöy üzünün boşluğuna,Aşağıda, aşağıda,uzaq-uzaq, özgə-özgə dünyalarınqumluğuna, daşlığınaölü-ölü quşlar töküləcək....qarışıb itəcək quşlardaşların arasında...Özgə-özgə dünyaların adamlarıdaş yerinə,Ölü-ölü quşlarıatacaqlar bir-birinə.Ayıran olmayacaqquş hansıdı,daş hansı...

...Bir də ki.kim bilir, atam balası,Bəlkə elə bizim dünyamızın daçınqılları, daşları,Uçub gedən dünyalarınölü düşən quşlarıdı, quşları...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов