Gizlənməyə bir yer göstər;gizlənim,Səhər-axşam, axşam-səhərgizlənim,Oğlumdan da, qızımdan dagizlənim,Hamıdan da, özümdən dəgizlənim,Kağızdan da, qələmdən dəgizlənim,Ömürdən də, ölümdən dəgizlənim.

Bir yer göstər;nə ev olsun, nə qəbir,Bir daş altda, bir daş üstə;gizlənim....Allah, harda gizlənmisən?Cavab ver!..Çıx, mənə də bir yer göstər,gizlənim...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов