Hər bir dərdə dözən adamHeç bir şeydən dəli olur.Özü də xəbər tutmadanQəflətən gülməli olur.

Düz yolda çaşır ayağı,Qarışdırır solu-sağı,Və bu işdə nə Allahın,Nə bəndənin əli olur.

Beynini gəmirən zəliDeyir ki, dəlisən, dəli!..Hər yandan üzülür əliVə adam ölməli olur...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов