Əli Allah ətəyində,Günahı var mələyin də...Sevgini qız ürəyindəƏkən kimdi, dərən kimdi?

Min günaha bata-bataÖmrünü sürür hər adam,Kimdi yanımızda yatan,Yuxumuza girən kimdi?

Göy üzü aylı-ulduzlu,Allah baxır gizli-gizli,"Bəlkə bir Allah təmizdi?" -Görən kimdi?.. Bilən kimdi?!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов