Dözmək olmur, bıçaq kimiDünya gözə dirənəndə.Yazmaq olmur, söz qələmə,Qələm sözə dirənəndə.

Bu yol yolların ağırı -Çəkəmməzsən ayağını,Üzüb dizdən aşağınıYoxuş dizə dirənəndə.

Bu yolu hamı tək keçdi,Kim keçdisə demək keçdi,Üzməyi öyrənmək keçdiYol dənizə dirənəndə...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов