El içində səyi, rəyi,Düz ola mərdana aşıq.Şən süfrəyə kəm baxmaya,Hörmət edə nana aşıq.Gəlin-qıza bacı deyə,Ağbirçəyə ana aşıq.Öz qəlbində məhəbbəti,Dilində dürdanə aşıq.Keçə xublar cərgəsinə,Qarışa insana aşıq.

Kamalıyla kamil ola,Həmişə hörmət qazana.Uşağa da, böyüyə də,Eyləyə xidmət qazana.Yaxşılığı başa düşə,Bacara şöhrət qazana.Başdan-başa hər işinə,El verə qiymət qazana.Görən deyə layiqi var,Yaraşır dastana aşıq.

Miskinli Aşıq Vəlinin,Təmiz ola tərbiyəsi.Eşidəni heyran edə,Sazı, sözü, zümzüməsi.Hər tərəfə dalğalana.Göylərə ucala səsi.Həqiqətdən söhbət aça,Ləzzət verə hər cümləsi.Deyib, yazıb, yaratmağı,İz sala cahana aşıq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов