Zərnişan
Ala gözün tuti kimi,Şirindi dilin, Zərnişan.İnci sədəf dırnaqların,Nazikdi əlin, Zərnişan.
Bir əlində tər bənövşə,Süsən, sünbülün, Zərnişan.Ətir verir yanağında,Açılıb gülün, Zərnişan.Dolanıb solu-sağına,Oxur bülbülün, Zərnişan.
Nə maralda, nə ahuda,Belə gözlər görməmişəm.Belə ahu ovçusuna,Yetsin qubar görməmişəm,Belə gözəli sevəndə,Qəm, ahu-zar görməmişəm.Tər sinənin ağlığında,Dağlarda qar görməmişəm.Haqq sənə bir qələm çalıb,Artıb cəlalın, Zərnişan.
Bu hüsnüdə gözəl olmaz,Camalın bənzər qılmana.Cumubsan eşqin gölünə,Olubsan yaşılbaş sona.Laçın kimi cilvələnib,Yenə dönübsən tərlana.Dişlərindi dürr danəsi,Qaymaq bələnib dahana.Car olubdu ləblərindən,Nə şirin balın, Zərnişan.
Vəli deyər sən tək gözəl,Dağı-aranda tapılmaz.Axtarmışam Uruseti,Nə də Kirmanda tapılmaz.Padşahlara şüd eləsən,Cümlə cahanda tapılmaz.Bəlkə, ola irizvanda,Ayrı bir yanda tapılmaz.Heç gözəl sənə bənzəmir,Qeyridi halın, Zərnişan.
Kitabxana.az · https://kitabxana.az/ru/works/miskin-veli-zernisan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mərfət əhli mərd dolanır dünyada,Məhəbbət düşünər hey dərin-dərin.
Nə zərafətiİblisin, ibnənin, fitnə-fəsadın,Kəsməz şər-böhtanı, nə zər afəti.
Bax-baxArı bal çəkməyə qonar çiçəyə,Bülbül gül ucundan bu dala bax-bax.
SinəsinəÇərx hərlənər, gərdiş eylər hər ayı,Qış gələr dağların çağ sinəsinə.
Стихи других поэтов
Yetdik cahanda cana yetişməz əcəl-məcəlEy kaş ola bu dirilikə ölmək bədəl-mədəl
GəlmədiVədə oldu xilaf, illər dolandı,Qıza nə üz verdi, nazlım gəlmədi.
Milli marşVurulur meydanda sinci-dəf,Vurulur meydanda sinci-dəf,
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,