Dünya
De, kim qoydu bu təməli,Kim bağladı tağı, dünya?De, kim qurdu, kim saxladı,Kim verdi dayağı, dünya?De, kim aldı, kim gətirdi,
Bu rəngi, boyağı, dünya?De, kim çəkdi zəhmətini,Bəzədi otağı, dünya?Kim getdi zülmətə qarşı,Kim qoydu mayağı, dünya?
Səndə Ay, Günəş, buludlar,Duman, çiskin, yel dolanır.Çox sular, çaylar, çeşmələr,Dərya, dəniz, sel dolanır.Böyük ölkələr yerləşir,Mahal, oba, el dolanır.Hava, həyat, nazü-nemət,Çiçək, çəmən, gül dolanır.Kim bitirib, kim yetirib,Belə böyük bağı, dünya?
Bir yaranan yaşıllanır,Bir açılan bir də solur.Biri itirir isbatın,Biri tapır eşqə dolur.Bəşəriyyət nə səbəbdən,Bir-birini didir, yolur.Bu varlığın hər məhsulu,Aqibəti sənin olur.Hər bir gülü, hər çiçəyi,Hər açan yarpağı, dünya.
Kim gəldi tez yola saldın,Səndə qalmağa qoymadın.Sirr işlərin öyrənməyə,Yada salmağa qoymadın.Öz fikrinə qail olub,İlham almağa qoymadın.Camalına aşiq olan,Deyib, çalmağa qoymadın.Dərhal çəkdin sinəsinə,Dağ üstündən dağı dünya.
Bir bağ salan, bağban olan,Bol götürən barı gedir.Yeyən, içən, meydan açan,
At çapıran yarı gedir.Vuran, tutan, asan, kəsən,Axıdan qanları gedir.Can alanlar can da verir,Hökmü, hökmüdarı gedir.Çox az olur tarixinə,Yandıran çırağı, dünya.
İskəndər zülmətə getdi,Su gətirdi, canı hanı?Dağ Yunis, Nadir və Namrud,O Nuşirəvanı hanı?Rüstəmi Zal necə oldu?Firdovsi, Xaqani hanı?Yeddinci göylərdə gəzən,Elmilər sultanı hanı?Çox milyonlar itiribsən,Heç yoxdu sorağı, dünya.
De kim açır belə geniş,Böyük ər meydanı sənə?De kim deyir: – İnsi-cinsi,Cümlə cinsi canı sənə?Kim söyləyir əvvəl-axır,Aşkarı, pünhanı sənə?De kim çəkir, yekun vurur,Bu hesabı, sanı sənə?Kim bacarır başdan-başa,Bu sayı saymağı, dünya?
De, nə bilir, nə düşünür,Səndə bu cəlalı görən.Bu qurğunu, bu büsatı,Bu dövləti, malı görən.Bu hüsnüdə bir gözəli,Belə bir camalı görən.Tez mat qalır, məcnun olur,İtirir kamalı görən.O tez çaşır, dərhal aşır,Başından ayağı, dünya.
Kim gəldi, çox heyran oldu,
Sənin xaki turabına.Əsərinə, kəsərinə,Atəşinə, həm abına.Çox baş yaran, kəllə cıran,Yetə bilmir hesabına.De, kim yazıb, kim yetirib,Kim qol çəkib kitabına?Sirdi, sirlər xəznəsidi,Onun hər varağı, dünya.
Qoy mən deyim sən də eşit,Əsli həqiqətinə bax.Gecəyə bax, gündüzə bax,Asana bax, çətinə bax.Göy üzünün ziynətinə,Şanlı əzəmətinə bax.Yer üzündə torpaq kimi,Bir bəşəriyyətinə bax.Axır gəlir, baxır gedir,Bacarmır qalmağı, dünya.
Şair şeri, təb əsəri,Nəqş olur cahana qalır.Düşür elə, dildən-dilə,Yazılır dastana qalır.Bir yaxşılıq, bir yamanlıq,İki ad insana qalır.Bir min üç yüz səksən dördə,Bu sözüm nişanə qalır.Vəliylə də vidalaşır,Saxlamır qonağı dünya.
Kitabxana.az · https://kitabxana.az/ru/works/miskin-veli-dunya-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ey ağalar necə olurHalı yardan ayrılanın
Solğun bənövşələrBir müsamirə xatiratından.Boynu bükük, ey öksüz mənəkşələr!
Qaradağ xanınaOtuz dəfə dad etmişəm sənə mənZahidlərə uymagilən ağa, sən.
Sənəma! Talibdir üzünü görməgə ürəkSənəma! Talibdir üzünü görməgə ürək,Aç üzün ta ki gözəl üzünü bir an görək.