İnanma
Diqqət yetir bu dünyanın işinə,Hər şirin söz, xoş rəftara inanma.Aldanma köksündə türfə gülünə,Solar gedər hər bahara inanma.
Soruş əhvalını, öyrən halını,Tutma nəzərində dövlət-malını,Sənə bəxş eləsə hər cəlalını,Yalan sözə, hiyləgərə inanma.
Keçdikcə zamanı, gedir insanı,Dayanmır karvanı, bilinmir sanı.Bacını, qardaşı, ata-ananı,Əldən alır bil aşkara inanma.
Nə düşünür boşalmayan, dolmayan,Bağda gül tək açılmayan, solmayan,Doğru sözü, düz ilqarı olmayan,Səni salar min azara inanma.
Kimsədən pay umma, incimə, küsmə,Əyilmə, düz dolan, titrəmə, əsmə,Yaxşı ol, yaxşıdan meylini kəsmə,Can gedəcək ixtiyara inanma.
Min bir söz söyləyim sən eşit burda,Yaraşmaz tarixə, yaramaz yurda,Qan soran zəliyə, quduza, qurda,Maşağa, əqrəbə, mara inanma.
Qəsd eyləmə cana, susama qana,Qarışma fitnəyə, şərə, böhtana,Yalançıya, hiyləgərə, nadana,Oğru, saxta sənətkara inanma.
Amansız yağıya əyilmə qəti,Qatilə, qəddara vermə fürsəti,Zəhərdi namərdin nanı, neməti,İblisin bağında bara inanma.
İnan insanlığa, inan hörmətə,Bir xoş gələcəyə, bir şux niyyətə,İşə, ixtiyara, şana-şöhrətə,Solan, gedən çəmənzara inanma.
Dünya Süleymanın pozdu dəmini,Ürəkdən çəkdirdi hicran qəmini,Bir əjdaha yaranmışın cəmini,Çəkir udur, milyonlara inanma.
Məskən salıb bir bazara uymasan,Fayda verməz səfasından doymasan,Tarix yazıb xoş nişana qoymasan,Qazanmasan xeyri-kara inanma.
Hörmət elə dildən-dilə düşməyə,Bir çeşmə çəkdirib suyun içməyə,İnsanların cərgəsinə keçməyə,Yaramasan yadigara inanma.
Miskinli Vəlinin gedəcək canı,Sözündən, şerindən qalar nişanı,Sərin su olmasa yayın zamanı,Yanarsan, tapılmaz qara inanma.
Kitabxana.az · https://kitabxana.az/ru/works/miskin-veli-inanma
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ömür keçər bir şığıyan ulduztək,Sanyə nədi, saat nədi, il nədi?
QalacaqQazan ye malını, sür dövranını,Gedirsən dünyanın varı qalacaq.
Verə bilməzDiqqət ilə düzgün çəkib hesabı,El üçün hər ağlı çaş verə bilməz,
Necoldu?(Riyaziyyatçı alim Qoşqar Əhmədlinin ölümü münasibətilə yazılmışdır)*Aman fələk, aman sənin əlindən,