Solğun bənövşələr
Bir müsamirə xatiratından.
Boynu bükük, ey öksüz mənəkşələr!
Ah nə çapuq saraldınız, soldunuz?
Nerdə o dünkü sevdalı nəşələr?
Nədən böylə həp pərişan oldunuz?
Şəfəqdən doğma ləbləri öpərkən,
Siz ki bəxtiyarca gülümsərdiniz.
Yoqsa o nurdan dökülmüş əllərdən
Ayrılınca, çiçəkləndi dərdiniz?
Gözəl, hər halınız gözəl... Daima
Xəstə gönlüm oqşar sizi, alqışlar;
Uf, nədənsə pək doqunur ruhuma
Vərəmli çöhrələr, məhzun baqışlar...
Kitabxana.az · https://kitabxana.az/ru/works/cavid-solgun-benovseler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yaş zindanlar yuvamız,Fəlakət aşinamız.
SəyavuşƏŞXASKeykavus — Kəyan tacdarı, bir qədər ixtiyar.
BaşlanğıcZabilistanda təlim meydanı. Səhər erkən… Coşğun muzika. Sadə qiyafəli, qumral saçlı Səyavüş bir köy d ə l i q a n l ı s i l ə qılıc təlimi yaparaq vuruşur. Bir yanda Z a l oğlu Rüstəmlə başqa cəngavərlər, bir yanda səmimi çöhrəli, ağsaçlı bir q a d ı n l a k ö y l ü q ı z l a r və dəliqanlılar tamaşa edərlər. Səyavüş arqadaşına üstün gəlir.Ümumi alqış.*
Birinci pərdəI SƏHNƏ**Keykavus sarayında son dərəcə parlaq bir salon… Bağçaya baqır, əlvan camlı, ipək pərdəli böyük pəncərələr… Coşqun musiqi ətrafı çıplatır. Gənc, əsmər, cazibəli, möhtəris baqışlı Südabə kölələr omuzuna yüklənmiş taxt-rəvan üzərində i k i c a r i y ə ilə bərabər gəlir. Açıq pəncərədən dışarıdakı ziyafəti seyr edər. Palabıyıq bir pişxidmət qapı önündə ayaqda durub baqır*
Стихи других поэтов
Mən aşiqəm, Qarabağ,Şəki, Şirvan, Qarabağ.
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Maxmurova üçünMəxməri ormanlarda çiçək dərdiyin yerdə,Baxarsan çiçəklər var açar kölgəliklərdə.
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,