-Həmşirəzadəm için*

Kədərli, sisli bir aqşamdı, ağlıyordu səma;Bütün üfüqləri sarmışdı möhtəriz, məhcubBulutlar... iştə o matəmnisar dəmdə bana,Uzatdı dəsti-qəza pək acıqlı bir məktub.

O bir kitabeyi-məqbərdi, eyləyincə nəzər,Gözüm qarardı, təəssürlə münfəil, məbhut.Düşündüm, ağladım artıq o şəb sabahə qədər,Gözümdə dalğalanıb durdu süslü bir tabut.

Sənin o nuri-təbəssüm saçan dodaqlarını,O nazlı çöhrəni andıqca tirə oldu xəyal.İnanmaq istəmiyordum ki, gül yanaqlarınıƏcəl xəzan kibi çöksün də eyləsin pamal.

Yazıq!.. O yaşda kim ümid edər ki, böylə, səninBahari-hüsnün olur zib hicləgahi-ədəm?Doquz yaşında umulmaz bir iftiraqi-həzin!Əcəb şükufeyi-sevdamisin? Nəsin? Bilməm...

Niçin, niçin solu verdin, zavallı Məsuməm?Yaraşmıyor o kəfən duşi-nazəninində!Nədir o çini-müəbbəd, quzum, cəbinində?Bu kainatə nədən küsdün, ey mələk, bilməm!?

Nədən həyatə gücəndin? Bilinmiyor səbəbi;Xudamı gördü səzavar qürb rəhmətinə?Kitabi-hüsnünü bir şer naşinidə kibi,Oqur-oqur, doyamazdım onun səbahətinə.

Anar o dəmləri bən şimdi müztərib, düşkün,Kamali-yəslə tiflanə ahü zar edərim.Səninlə, baq, sənin alami-həsrətinlə bu gün,Ənini-matəmə bənzər bütün nəşidələrim.

Gözümdə şimdi cihan bir sərabi-giryənümud...Bütün təbiəti sarmaqda bir məlalü kədər;Sevimli, tazə çiçəklər olub xəzanaludO hüsni-naimi-cavidə sanki matəm edər.

Yarın sənin kibi onlar da həp sönüb bitəcək,Bu gündən iştə o solğun, vərəmli çöhrələri,Yarınki levheyi-matəmgüzini ərz edərək,Deyir ki, hər fərəhin var sonunda bir kədəri.

Əvət, gözəl mələyim! Hər səfa ələmlə bitər;Bu bir lətifeyi-qüdrət, bu bir həqiqətdir.Fəqət bahari-şəbabında bir şükufeyi-tər,Açılmadan saralıb solsa, mütləqa acınır.

Bu nüktə, iştə, budur ruhumu müəzzib edən,Düşündürən bəni ancaq bu... yoqsa inləyərək,Sönən həyati-bəşər sadə bir təhəvvüldən,Bir inqilabi-həzindən ibarət olsa gərək...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе